Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil - 01.01.2021

Azərbaycanda sovet hakimiyyəti qurulana qədər Masallı ərazi vahidi kimi Lənkəran qəzasının tabeliyində olmusdur. 1930-cu ildən Masallı inzibati rayon kimi fəaliyyət göstərməyə başlamışdır. Rayonda təhsil strukturunun təşkili  1932-ci ilə  təsadüf edir. Həmin il  Masallı rayon İcraiyyə Komitəsinin nəzdində Xalq Maarif Şöbəsi yaradılır. Rayon Maarif Şöbəsinin müdiri vəzifəsinə ilk dəfə Ağababa Adığözəlov təyin edilmişdir. Sonrakı illərdə Əhməd Əhmədov, Saleh Zeynalov, Qurban Mürşüdov, Vələhəd Quliyev, Hüseynbala Əhədov, Şirəli Əhədov, Ədalət Nemətov, Nurəddin Məlikov, Astan İbişov bu quruma rəhbərlik etmişlər. Hazırda Masallı RTŞ-nin müdiri Əkbərov Tariyel İntiqam oğludur. Rayonda 65 tam orta, 30 ümumi orta məktəb faliyyət göstərir. 3 ibtidai, 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Rayonun ümumi təhsil müəssisələrində 29199 şagirdin tərbiyəsi ilə 2472 müəllim məşğul olur. Ali təhsilli 1563, orta ixtisas təhsilli 909 müəllim fəaliyyət göstərir.
Keçidlər