Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Tekvando idman növü üzrə açıq rayon birinciliyi

08 oktyabr 2017 | 16:00

               07-08 oktyabr 2017-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Masallı rayon Taekvando Mərkəzində 18 oktyabr Dövlət Müstəqillik Gününə həsr olunmuş kiçik yaşlı uşaqlar, yeniyetmə  və gənclər  arasında taekvando idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.

       Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birinciliyə respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo bölmələrində məşğul olan və müvafiq hazırlığa malik olan 22 çəki dərəcələrində idmançılar qatılıb. Belə ki, 300 nəfərə yaxın idmançının iştirak etdiyi birincilik iki gün davam etmişdir.

         Yarışın əsas məqsədi idmançıların fiziki sağlamlığının artırılması, onların mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, dostluq əlaqələrinin təbliği, idmanın kütləviliyinə nail olmaq, respublikada, eləcə də Masallı rayonunda taekvondo idman növünün geniş təbliği, uşaq, yeniyetmə və gənclərin bu idman növünə marağın artırılması və inkişaf etdirilməsidir.

                4 yaş qrupu üzrə keçirilən yarşda 27 komanda tərkibində — cənub bölgəsindən Masallı (3 komanda), Lənkəran , Lerik, Cəlilabad rayonlarının idmançıları ilə yanaşı Bakı (7 komanda), Sumqayıt (4 komanda), Qəbələ, Tovuz, Saatlı və Biləsuvar rayonlardan olan idmançılar da tatami üzərində öz güclərini sınamışlar.Yarışın yekununda   Masallı rayonu I yerə, Bakı şəhəri II yerə, Sumqayıt şəhəri III yerə layiq görülmüşlər
             Yarışlarda qalib gələn idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla  mükafatlandırılmışdır.

Keçidlər