Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Kyokushinkay karate idman növü üzrə açıq rayon birinciliyi

16 oktyabr 2017 | 16:00

    15-16 oktyabr 2017-ci il tarixlərdə Masallı şəhər 3 saylı tam orta məktəbin idman zalında Masallı rayon Gənclər və İdman İdarəsinin  təşkilatçılığı ilə 18 oktyabr “Dövlət Müstəqilliyi Günü”nə  həsr olunmuş  kiçik yaşlı uşaqlar, yeniyetmə və gənclər arasında Kyokushinkay karate  idman növü üzrə  açıq rayon birinciliyi keçirilmişdir.

18 çəki dərəcəsində 100 nəfərə yağın  kiçik yaşlı uşaqlar, yeniyetmə və gənc karateçilərin iştrakı ilə keçirilən yarışın məqsədi Rayonda kyokushinkay karate idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək və gənclər arasında sağlam həyat tərzinin təbliği olub.
           Olduqca gərgin mübarizə şəraitində keçirilən yarışda Rayon idmançıları ilə yanaşı Astara rayonundan olan idmançılarda öz fiziki güclərini sınamışlar.
       Yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi və Rayon Ağsaqqallar şurası  tərəfində diplom, medal və qiymətli hədiyyələrlə  mükafatlandırılmışlar.

Keçidlər