Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda zərərli vərdişlərlə mübarizə mövzusunda tədbir

20 oktyabr 2017 | 16:00

20 oktyabr 2017-ci il tarixdə Masallı Dövlət Regional Kollecində “Narkomaniya və zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilmişdir.

Rayonun icra strukturlarının, hüquq mühafizə orqanlarının rəhbərlərinin, kollecin müəllim və tələbələrinin, KİV-lərin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə mövzu ilə bağlı sənədli filmə baxıblar.

Tədbirdə çıxış edən kollecin direktoru Vidadi Nəzərov bildirib ki, gənc nəsildə narkomaniya və zərərli vərdişlər haqqında düzgün təsəvvürün yaradılması, müasir cəmiyyətdə sağlam düşüncəli gənclərin formalaşdırılması hər birimizin ən ali məqsədinə çevrilməlidir.

Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxışında qeyd edib ki, ölkəmizdə, o cümlədən Masallıda narkomaniya, dini radikalizm və erkən nikah hallarına qarşı mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlər mövcuddur. Bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri də fəal iştirak etməlidirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov, rayon polis şöbəsinin veteranlar şurasının sədri, istefada olan polis podpolkovnik-leytenantı Tofiq Şahmarov və başqaları narkomaniya, dini radikalizm və erkən nikahın törətdiyi fəsadlardan danışıblar.

Maraqlı müzakirələr şəklində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər