Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Mənə hüquqlarımı öyrət " adlı layihə

24 oktyabr 2017 | 16:00

24 oktyabr 2017-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi Masallı şəhər 1 saylı tam orta məktəbin şagirdləri ilə birgə "Uşaq hüquqları aylığı" çərçivəsində "Mənə hüquqlarımı öyrət "adlı tədbir və eyni zamanda diskusiya keçirmişlər.

İlk öncə Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva şagirdləri salamlayaraq çıxışına başlamışdır.Bilirilmişdir ki,hər il olduğu kimi bu ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT -nin Uşaq hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində Respublikamızda" Uşaq hüquqları aylığı "elan edilir.Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması,uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Daha sonra Mərkəzin Böyük Elmi işçisi Etibar Cabbarov dövlətimiz tərəfindən uşaqların təhsili,saglamlığı və istirahətləri istiqamətində görülən işlərdən danışdı.Tədbirin sonunda şagirdlərlə diskusiya aparıldı.

Keçidlər