Şriftin ölçüsü :

Saytın rəngi :

Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu

23 oktyabr 2017 | 16:00

23 oktyabr 2017-ci il tarixdə Masallı rayonu Sığıncaq kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Sığıncaq kənd məscidi dini icması tərəfindən “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” adlı layihə çərçivəsində “Dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Kamil Bağırov, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Saleh Aslanov, Məhəmməd Qarayev adına Sığıncaq kənd tam orta məktəbinin direktoru Əhliman Əliyev, Sığıncaq kənd məscidi dini icmasının sədri Ramil Şahbazov, məktəbin müəllim və şagird heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə kənd tam orta məktəbinin direktoru Əhliman Əliyev açaraq  milli-mənəvi dəyərlərimizin dövlətçiliyimizin möhkəmləndirilməsində oynadığı roldan danışıb.
DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Saleh Aslanov bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi önəm daşıyır.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə, dinə, din xadimlərinə göstərdiyi qayğıdan danışıb, dövlət-din münasibətləri sahəsində gördüyü işləri xüsusi vurğulayıb.
Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması istiqamətində aparılan işlərdən söhbət açıb. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizin qorunması və inkişafı istiqamətindəki xidmətlərindən danışıb.
Tədbirin sonunda iştirakçılara DQİDK-nın nəşr etdirdiyi dini təyinatlı kitablar və digər çap məhsulları paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

Keçidlər