Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü külək Masallıda fəsadlar törədib

30 oktyabr 2017 | 16:00

30 oktyabr 2017-ci il tarixdə günün ikinci yarısından başlayaraq Masallıda əsən güclü cənub-qərb küləyi nəticəsində yaşayış məntəqələrində bir sıra problemlər yaranmışdır.

Masallı rayon Təklə kənd tam orta məktəbinin dam örtüyünün bir hissəsi uçaraq yarasız hala düşüb. Yeni Zuvand kənd orta məktəbində də analoji hadisə baş verib.
Masallı rayonu ərazisində 10-dan artıq iri gövdəli ağac kökündən qoparaq yol üzərinə aşıb. Masallının Ərkivan qəsəbəsində Azər Novruzova məxsus ikimərtəbəli yaşayış evinin üzərinə irigövdəli ağac aşıb. Nəticədə yaşayış evinin dam örtüyünə ciddi ziyan dəyib. Habelə meyvə bağlarına və bir çox tikililərin dam örtüklərinə ziyan dəyib.
Aidiyyəti qurumlar ərazilərə cəlb olunub.
Külək rayonun rabitə və elektrik təsərrüfatına ciddi ziyan vurub. Elektrik dirəklərinin aşması nəticəsində onlarla yaşayış məntəqəsi işıqsız qalıb. Masallı rayon İcra hakimiyyəti yanında Fövqəladə hallar Komissiyası hazırda rayona dəymiş ziyanın miqdarı hesablayır.

Keçidlər