Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Xəmsə ” Milli İntellektual oyunu üzrə rayon seçim turu

31 oktyabr 2017 | 16:00

         31 oktyabr   2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Xəmsə” Milli  İntellektual oyunu üzrə  V Azərbaycan Çempionatının rayon seçim turu keçirilmişdir 

       Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və bilik yarışının keçirilməsində məqsədin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətləri üzrə gənclərin daha geniş kütləsinin intellektual faəliyyətə cəlb olunması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması, Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında maarifləndirilməsi və asudə vaxtın səmərəli təşkili olunması , eləcədə yeniyetmələr   arasında  “Xəmsə” Milli  İntellektual oyunu üzrə  V Azərbaycan Çempionatının zona mərhələsinə Rayon komandalarının seçimi olduğunu bildirdi.
Yarışda  Masallı Dövlət Regional Kollecinin komandaları ilə yanaşı, Masallı rayon tam orta ümumtəhsil məktəblərinin komandaları da mübarizə aparmışlar.
          Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri  (3101 xalla) S.Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbinin  komandası,  II yeri (3000 xalla)  C.Kazımov  adına  Qodman kənd tam orta məktəbinin komandası , III yeri isə (1700 xalla) Mahmudavar kənd tam orta məktəbinin komandası tutmuşdur.

         Rayon  seçim turunda   qalib gəlmiş    komandalar   Masallı  rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplomla  təltif olunmuş və Lənkəran şəhərində keçiriləcək yeniyetmələr   arasında  “Xəmsə” Milli  İntellektual oyunu üzrə  V Azərbaycan Çempionatının zona mərhələsinə vəsiqə qazanmışlar .

Keçidlər