Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Nə? Harada? Nə Zaman? ” İntellektual bilik yarışı üzrə rayon birinciliyi

03 noyabr 2017 | 16:00

         03 noyabr  2017-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “09 Noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş 14- 29 yaşlı gənclər və Masallı rayon Tam orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Nə Harada? Nə Zaman?” İntellektual bilik yarışı üzrə rayon birinciliyi  keçirilmişdir 

       Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşı Şəhriyar Məmmədov, Rayon Təhsil şöbəsinin metodisti Nazim İsrafilov çıxış edərək iştirakçıları salamış  və bu cür tədbirlərin əhəmiyyətindən söz açaraq bildirdilər  ki,  yarışın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir. Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa olaraq, gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə çevrilməsindən asılı olduğunu qeyd etdilər.

Yarışda  Masallı Dövlət Regional Kollecinin komandaları ilə yanaşı, Masallı rayon tam orta ümumtəhsil məktəblərinin komandaları da mübarizə aparmışlar.
         
Gərgin mübarizə  şəraitdə keçən bilik yarışının  sonunda I yeri  Qəriblər kənd tam orta məktəbinin “Qəriblər” komandası,  II yeri Ə.Bəylərbəyov Xıl kənd tam orta məktəbinin  “Xəmsə”  komandası ,  III yeri isə F.Xancanov adına  Musaküçə   kənd tam orta məktəbinin “Uğur”    komandası tutmuşdur.

         Rayon birinciliyində    qalib gəlmiş    komandalar   Masallı  rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplomla  təltif olunmuşlar.

Keçidlər