Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini radikalizmə qarşı mübarizədə islam həmrəyliyi ideyasının rolu”

13 noyabr 2017 | 16:00

      13 noyabr 2017-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 16 noyabr Beynəlxalq Tolerantlıq Günü münasibətilə “Dini radikalizmə qarşı mübarizədə islam həmrəyliyi ideyasının rolu” mövzusunda tədbir keçirilmişdir.

     Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Bəşirov qonaqları və tədbir iştirakçılarını salamlamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, o cümlədən Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın apardığı siyasətin nəticəsində Azərbaycanın dünya dövlətlərinə tolerantlıq nümunəsi olmasından söhbət açmışdır.
      Sonra “Dini radikalizmə qarşı mübarizədə islam həmrəyliyi ideyasının rolu” mövzusunda mühazirə üçün söz Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədova verilmişdir.
      Natiq Məmmədov Azərbaycanda tolerantlıq, vəhdət, islam həmrəyliyi, radikalizmə qarşı mübarizə mövzularına toxunmaqla dünyada gedən islamafobiya haqqında danışmışdır.
       Daha sonra Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov mövzu ətrafında çıxış edərək respublikamızda bu sahədə görülən işlərdən söhbət açmışdır.

Keçidlər