Şriftin ölçüsü :

Saytın rəngi :

YAP-ın 25-ci ildönümü münasibətilə Masallı rayonunda ağacəkmə aksiyası keçirilib

13 noyabr 2017 | 16:00

13 noyabr 2017-ci il tarixdə Musakücə ərazi hissəsi, Viləşçayın sahili ərazisində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü münasibətilə Masallı rayon İcra hakimiyyətinin və YAP Masallı rayon təşkilatının təşkilatçılığı ilə  ağacəkmə aksiyası keçirilib.

Aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyətin nümayəndələrinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənib, mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 1000-ə yaxın Xan şinar və küknar ağacları əkilib.
Məqsəd ərazidəki yaşıllıq zolağını genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək və ümumilikdə dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində gündən-günə gözəlləşən paytaxtımızın dünyanın ekoloji cəhətdən təmiz olan ən gözəl şəhərləri sırasında qərarlaşması istiqamətində görülən işlərə dəstək verməkdir.
Ağacəkmə aksiyasında YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Dövlət Regional Kollecinin tələbələri iştirak ediblər.
Aksiyada YAP-ın üzvlərindən Lalə Seyidzadə, Süleyman Niftiyev və başqaları daha mütəşəkkil, daha fəal çalışıblar.

Keçidlər