Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLI RAYONUNUN XANALION KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ

15 noyabr 2017 | 16:00

15 noyabr 2017-ci il tarıxdə Masallı rayonu Xanalion kəndinə təbii qazın verilməsi münasibəti ilə açılış mərasimi olmuşdur.

Tədbiri giriş sözü ilə Masallı RİHB-nin Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsrafil Əliyev açmışdır.
Masallı rayon İcra hakimiyyətinin başçısı cənab Rafil İsrafil oğlu Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin hər yerində olduğu kimi rayon ərazisində də geniş tikinti, abadlıq-quruculuq işlərindən, habelə ərazilərin sosial problemlərinin həllindən danışmışdır.
Sakinlərdən kənd ağsaqqalı Mirqasım Bağırov, ziyalı Dilarə Bəşirova, kənd sakini Sərraf Səfərov və başqaları çıxış edərək Sığdaş ərazisinə təbii qazın  verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismarı İdarəsinin rəisi Hüseyn Şirinov bildirmişdir ki, Xanalion kəndinin qazlaşdırılması üçün 20 min paqonametr müxtəlif diametrli borularla qaz xətləri çəkilmiş, hər bir evdə fərdi qaz sayğacı quraşdırılmışdır. Kənddə 289 ailəyə təbii qaz verilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışdır.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı Nurəddin Bəşirovun evində olmuş, çay süfrəsinə dəvət edilmişdir. Ailənin başçısı kəndə qaz çəkilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq bildirmişdir.

Keçidlər