Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ şəhidi Belim Evgeniy Nikolayeviçin qəbirüstü məzarının açılışı

15 noyabr 2017 | 16:00

15 noyabr 2017-ci il tarixdə Masallı rayonun Kalinovka kəndində 1993-cü il Qarabağ şəhidi Evgeniy Nikolayeviç Belimin qəbirüstü abidənin açılışı olmuşdur.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və aparatı, idarə-müəssisə rəhbərləri, kənd sakinləri, yerli və respublika KİV-lərinin nümayəndələri və s. iştirak etmişlər.

Belim Evgeniy Nikolayeviç 1970-ci ildə Masallı rayonu Kalinovka kəndində anadan olub. Könüllü olaraq vətənin müdafiəsinə qalxmışdır. 23.03.1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Tədbiri Masallı RİHB Kalinovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Alim Əlımov açmış, şəhid Belim Nikoloyeviçin igidliyinə, kənddə ruslarla azərbaycsanlıların birgəyaşayış qanunlarına diqqət çəkmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti   Masallı rayon şöbəsinin   rəisi polkovnik-leytenant Fəxrəddin Mirzəliyev Belim Nikoloyeviçin ömürlüyündən danışmış, iştirakçıları onun döyüş yolu ilə tanış etmişlər.
Kalinovka kənd ağsaqqalı, veteran müəllim Əlisa Qədiyev, məktəbin ədəbiyyat   müəllimi Oktay Həsənov şəhidin ədəb-ərkanlı, nümunəvi, cəsarətli gənc olduğunu göstərmişdir.
Rayon icra hakimiyyətinin başçısı Azərbaycanda tolerantlıq mühitinin olması, dilindən, dinindən asılı olmayaraq insanların bir-biri ilə mehriban yaşamasını göstərmiş və demişdir ki, Kalinovka kəndində də uzun illər ruslarla azərbaycanlılar mehriban yaşamışlar. Qarabağ müharibəsi başlayanda azərbaycanlı gənclər kimi ruslar da doğma torpaqlarının müdafiəsinə qalxmışlar.   Belə gənclərdən biri də Belim Nikoloyeviç olmuşdur.   Ötən ilin Aprel döyüşlərində həlak olmuş Nurlan Əsgərlinin dəfni zamanı Belim Nikoloyeviçin də qəbrini ziyarət etdim və şəhidin qəbirüstü abidəsinin yaradılması təşəbbüsünü qaldırdım. Bu gün şəhidin abidəsinin açılışına yığışmışıq. Məzarının üstü həmişə gül-çiçəkli olur. Ruhu şad olsun.
Allah rəhmət eləsin.

Keçidlər