Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda XXIII ənənəvi Respublika turniri keçirilmişdir.

03 dekabr 2017 | 16:00

         02-03 dekabr 2017-ci il tarixlərdə Masallı Olimpiya Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Güləş  Federasiyası və  Masallı rayon  Gənclər  və  İdman  İdarəsinin birgə  təşkilatçılığı ilə  Azərbaycanın Respublikasının  əməkdar məşqçısı , SSRİ– idman ustası Nadir Yaqub oğlu Ağayevin  xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi idman növü üzrə yeniyetmələr arasında XXIII ənənəvi Respublika turniri keçirilmişdir.

         Tədbirin  açlış  mərasimində  Masallı  rayon  Gənclər  və  İdman  İdarəsinin rəisi  Camal   Manafov  çıxış  edərək turnirin əhəmiyyətindən və ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğıdan danışaraq  qeyd etdi ki, Ölkədə digər sahələr də olduğu kimi idman sahəsində də sürətlə inkişaf edir. Keçirilən hər bir yarışın əhəmiyyəti , idmanın kütləviliyinin artırılması üçün  vacib amildir. Məhz bu idman yarışlarının gənclərin gələcəkdə çalışdığı sahədən asılı olmayaraq sağlam böyüməsinə şərait yaradacığına inandığını diqqətə çatdıraraq idmançılara uğurlar diləmişdir.
       Tədbirdə Masallı rayon İcra hakimiyyətinin məsul işçisi  Qəşəməm Hadıyev  çıxış edərək cənab başçı Rafil Hüseynovun adından gələn qonaqları və idmançıları salamlamış və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün növlərinin, həmçinin güləş idman növünün  inkişafına diqqət və qayğı göstərildiyini bildirmişdir.
       Tədbirdə Rusiya Güləş  Federasiyasının vitse Prezidenti Məşur Qasımov çıxış edərək Azərbaycanın Respublikasının  əməkdar məşqçısı , SSRİ– idman ustası Nadir Yaqub oğlu Ağayevin  keçdiyi həyat yolundan və qazandığı uğurlardan  danışaraq,  tədbirin təşkil olunmasında əziyyət çəkən bütün  insanlara öz dərin minnətdarlığını bildirərək, idmançılara uğurlar arzulamışdır
       Daha sonar tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Əməkdaşı Tofiq  Eyvazov, , Azərbaycan Güləş Federasiyasının vitse Prezidenti şöhrət ordenlı  Elçin Cəfərov çıxış edərək yarışın yüksək səviyyədə təşkilinə, idmançılar üçün yaradılan şəraitə görə öz minnətdarlığlarını bildirərək, güclərini  sınamaq  üçün  gəlmiş  bütün  güləşçiləri  təbrik  etmiş  və hər bir iştirakçıya uğurlar diləmişlər.

      İki gün davam edən turnirdə UGİM-ri , İdman cəmiyyətləri və İdman klublarından 20-dən artıq  komandadan  200 nəfərdən artıq   idmançının  iştrak etdiyi yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom , medal və sponsorlar  tərəfindən qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Keçidlər