Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 5 min yeni tut tingi əkilib

04 dekabr 2017 | 16:00

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən ölkəmizin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da ənənəvi və ixracyönümlü təsərrüfat sahələrinin inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Masallıda baramaçılığı inkişaf etdirmək, bu sahənin yem bazasının möhkəmləndirmək məqsədilə rayonun yaşayış məntəqələrində yeni tut bağları salınır.
Bu günlərdə Çin Xalq Respublikasındn ölkəmizə gətirilmiş tut tinglərindən 5 mini Masallı rayonu üçün ayrılıb.
Masallıya gətirilmiş tut tinglərindən 3000 ədədi Səmidxan, 750 ədədi Qarğalıq, 600 ədədi Kalinovka, 500 ədədi isə Kolatan, Bədəlan, Təzə Alvadı, Təklə və digər kəndlərdə əkilib.

Keçidlər