Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Sığdaş kəndi: İdeoloji işin və uğurlu siyasətin təbliği

22 dekabr 2017 | 16:00

        Masallı rayonunda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar tədbirlər davam edir.

      22 dekabr 2017-ci il tarixdə mühazirəçilər qrupunun növbəti görüşü Sığdaş kənd tam orta məktəbində keçirilmişdir. İctimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova açıq elan etmiş, mövzu barədə açıqlama vermişdir.
       MƏSQ veteranlar təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev “Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti”, "Yeni həyat" qəzetinin baş redaktor müavini Rəsul Rzayev " Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Qax və Lənkəran rayonunda keçirilmiş respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələr barədə" mövzularında mühazirələr oxumuşlar.
       Şair Hacı Dadaş Məmmədov, Rəna Rəhmətova sakinlər adından çıxış edib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin bəyəndiklərini  və onun ətrafında sıx birləşdiklərini bildirib, ölkədə gedən quruculuq işlərini təqdir etdi.
       

Keçidlər