Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “20 Yanvar müstəqilliyimizin şəhidlik zirvəsidir” mövzusunda İnşa-yazı müsabiqəsi

16 yanvar 2018 | 16:00

16 yanvar  2018-ci il tarixdə  Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə  Gənclər Mərkəzində  Masallı rayon ümumtəhsil məktəbləri arasında  20 Yanvar şəhidlərinin əziz xatirəsinə  həsr olunmuş “20 Yanvar müstəqilliyimizin şəhidlik  zirvəsidir” mövzusunda  İnşa-yazı  müsabiqəsi keçirilmişdir.

           Tədbirdə əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
         Masallı rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə  aparıcı məsləhətçisi Oktay Mütəllimov tədbirdə  çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, müsabiqənin keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi, məktəblilərdə vətənpərvərlik, Vətənə məhəbbət hislərinin yüksəldilməsi, vətəndaşlıq hislərinin aşılanması və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarət olduğunu diqqətə çatdırdı.
  Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:
İnşa-yazı müsabiqəsində A.Qurbanov adına Rüdəkənar kənd tam orta məktəbin VIII sinif şagirdi Hidayətova Fatimə Emil qızı birinci yerə, Bala Kolatan  kənd tam orta məktəbinin IX sinif şagirdi Ağayeva Sevinc Əli qızı və Dəfinə məktəb-liseyinin X sinif şagirdi Əşrəfova Aydan Alxas qızı ikinci yerə, , B.Nuriyev adına Binə Xocavar  kənd tam orta məktəbinin  IX sinif şagirdi Həsənova Fatimə Habil qızı  və İ.Zülalov adına İsgəndərli kənd tam orta məktəbinin XI sinif şagirdi Sadiqzadə Əsmər Sadiq qızı üçüncü  yerə  layiq görülmüşlər
         Müsabiqədə  qalib gəlmiş  bütün  şagirdlər Rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplomla təltif olunmuşlar.

Keçidlər