Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Xocalı əsrin faciəsidir” adlı müsabiqə

15 fevral 2018 | 16:00

15 fevral  2018-ci il tarixdə  Masallı rayon Gənclər, İdman İdarəsi və Təhsil şöbəsinin və Masallı regional  Mədəniyyət və Turzim şöbəsinin birgə təşkilatçılığı ilə  Gənclər Mərkəzində  26 fevral – Xocalı Soyqırımı Günü”nün ildönümü  ilə əlaqədar olaraq  “Xocalı əsrin faciəsidir” mövzusunda rayon məktəbliləri arasında “İnşa-yazı”, “Rəsm” və “Əl işləri” müsabiqələri keçirilmişdir.
           Tədbirdə əvvəlcə 26 fevral – Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
         Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov  tədbirdə  çıxış edərək müsabiqənin məqsədinin Xocalı soyqırımı ilə bağlı həqiqətləri gənc nəsillərə çatdırmaq, gənclərimiz arasında milli vətənpərvərlik ruhunun təbliği olduğunu bildirib. Xalqımızın milli azadlıq və müstəqillik yolunda mübarizə tarixinin gənc nəsillərimiz tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini qeyd edən C.Manafov  bu baxımdan belə tədbirlərin, müsabiqələrin vacibliyini vurğulayıb. 
       Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metod kabinetin müdiri Bəybala Xəlilov, Masallı şəhər 2 saylı tam orta məkjtəbin dil- ədəbiyyat müəllimi Şakir Xəlilov,Rəsm Qalareyasının direktoru Tofiq Fərəcov və başqaları çıxış edərək ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri qanlı qırğınlardan və dəhşətli cinayətlərdən danışıblar. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq dinc əhaliyə qarşı soyqırımı törədiblər.
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:
“Rəsm və Əl İşləri”  müsabiqəsində: Masallı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi Əsgərov Yusif Əsgər oğlu birinci ,N.Əbilov adına Kəlbəhüseynli kənd tam orta məktəbinin şagirdi Gözəlova Aysu Rahid qızı ikinci, Dəfinə məktəb-liseyinin şagirdi Əliyev Rəvan Eminağa oğlu üçüncü yerlərə layiq görülüblər.
“İnşa-yazı” müsabiqəsində: Masallı rayon Ə.Bəylərbəyov adına Xıl kənd tam orta məktəbin şagirdi İbayeva Nigar Vüqar qızı  birinci, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin şagirdi Qəzənfərova Fatimə Fəyyaz qızı ikinci, Hüseynhacılı kənd tam orta məktəbin şagirdi  Abdullayeva Günay Fərahim qızı üçüncü yerə layiq görülmüşlər.
Müsabiqədə  qalib gəlmiş  bütün  şagirdlər Rayon  Gənclər və İdman idarəsi tərəfindən  diplomla təltif olunmuşlar

Keçidlər