Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası

17 fevral 2018 | 16:00

       17 fevral 2018-ci il tarixdə Masallı şəhər "Təzə bazar" -  “Xan çinar” ticarət mərkəzinin yaxınlığındakı meydanda Masallı rayon İcra hakimiyyətinin təşkilatçılığı süni qiymət artımının qarşısının alınması məqsədi  ilə ərzaq və kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilmişdir.

     Yarmarkada fermerlər tərəfindən müxtəlif növ yerli ərzaq və kənd təsərrüfatı məhsulları çıxarılıb. Satışa çıxarılan un, düyü, şirniyyat, meyvə, süd məhsulları, yumurta, balıq, cücə, ət, göyərti və s. bazar qiymətlərindən 20-30% aşağı satılıb.
      Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri satış-yarmarkasına gələrək satılan məhsulların keyfiyyəti, qiyməti ilə maraqlanmış və alış-verişin vəziyəti ilə tanış olmuşlar.
    Rayon sakinləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən məmnunluqlarını ifadə edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər və bu yarmarkaların ölkə rəhbərinin əhaliyə diqqət və qayğısı kimi qiymətləndirdilər.
    Qeyd edəkl ki, ənənəvi yarmarkalar bayram günlərinədək hər həftənin şənbə və bazar günləri Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ərzaq və kənd təsərrüfatı məhsullarının satışı keçiriləcəkdir.

Keçidlər