Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının Şıxlar kəndinə təbii qaz verildi

24 fevral 2018 | 16:00

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da geniş abadlıq və quruculuq işləri, o cümlədən əhalinin sosial problemlərinin həlli istiqamətində işlər görülür.

24 fevral 2018-ci il tarixdə Masallı rayonunun Şıxlar kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir.
Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev  iştirak etmişdir. Xeyli sayda  abonenti olan Şıxlar kəndinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında müxtəlif diametrli metal borularla daşıyıcı, o cümlədən məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Şıxlar  kəndinə təbii qaz verilməsinə həsr olunmuş tədbirdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə - təbii qaz verilməsi münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır.
Açılış mərasimində Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qədir Məmmədov, kənd sakinlərindən Əziz Hüseynov, Leyla Bayramova, Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev  və başqaları çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov " Azəriqaz” İB-nin  baş direktoru Əkbər Hacıyevlə  birgə təbii qazın yanarlığını alışdırmışlar.

Keçidlər