Şriftin ölçüsü :

Saytın rəngi :

KALINOVKA ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL

28 fevral 2018 | 16:00

      28 fevral 2018-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu Kalinovka ərazisində keçirilmişdir. Ərazinin 4032 nəfər əhalisi və 791 hektar torpaq sahəsi vardır.

     Ərazinin mərkəzi  Kalinovka kəndidir. Ərazidə müasir kənd sahə xəstəxanasl,  EATS,  poçt,  kitabxana fəaliyyət göstərir.
    Kalinovka kənd tam orta məktəbində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq sakinləri salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir.
   Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov  geniş nitqində  rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafından, çox gəlirli sahə olab tərəvəzçilikdən danışmışdır. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır. Sonra sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
     Kənd sakinlərindən Hacı Allahverdi Ağayev, Balaqardaş Rzayev, Qurbanəli Məmmədov  və başqaları çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
     Sonra sakinlər kənd ara yollarının təmir edilməsinə və asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş etmişlər.
     Ərazi sakinləri çıxış edərək son vaxtlar Masallı rayonunda və Kalinovka kəndi ərazisində görülmüş işləri təqdir etmiş, kənd əhalisi adından ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmişlər.
     Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər