Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatının “Hərəyə bir ağac əkək” kompaniyası

06 mart 2018 | 16:00

YAP Masallı rayon təşkilatında “Hərəyə bir ağac əkək” kompaniyası uğurla başa çatmışdır.
YAP Masallı rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” kompaniyası çərçivəsində növbəti ağacəkmə kompaniyası keçirmişdir.
06 mart 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı “Hərəyə bir ağac əkək” kompaniyası çərçivəsində rayon Meşə Mühafizəsi və Bərpası müəssəsinin birgə təşkilatçılığı ilə Güllütəpə ərazisinin Yeni Zuvand dağ massivində ağacəkmə aksiyası həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin zəngin maddi sərvətlərimizə yaşıllığa, təbiətə münasibəti onun azərbaycançılıq ideyasının tərkib hissəsi idi.Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusi önəm verilib.Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı üzvlərinin fəal iştirak etdiyi aksiyada gün ərzində müxtəlif növ 4700(dörd min yeddi yüz) ədəd ağac əkilmiş, ərazidə təmizlik işləri aparılmış, ağaclara aqrotexniki qulluq göstərilmişdir. Ağacəkmə kompaniyasının əsas vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın genişləndirilməsi, ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına layiqli töhfə verəcəkdir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair imzaladığı sənədlər bu sahədə mühüm nailiyyətlər əldə etmək üçün hərtərəfli şərait yaradıb. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Keçidlər