Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA NOVRUZ BAYRAMI QEYD EDİLDİ

16 mart 2018 | 16:00

     16 mart 2018-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti binasının qarşısındakı meydanda xalqımızın ən gözəl bayramı olan Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqalları və minlərlə rayon sakini iştirak etdi.
   Rayon İcra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizin nemətlərilə tanış oldu və bayram tonqalını alovlandırıb, möhtəşəm bayram tədbirini açıq élan etdi.
    Əvvəlcə Dədə Qorqud, Bahar qızı və Novruz simvolları olan Keçəl-Kosa toplaşanları salamladılar və tədbir iştirakçılarını xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibətilə təbrik etdilər.
     Kosa və Keçəlin şən zarafatları, yumoristik səhnələri, idmançılarımızın meydanda öz idman ustalıqlarını nümayiş etdirmələri, yumurta döyüşləri şənliyə xüsusi rəng qatdı.
     Tədbirin sonunda Masallı Regional Mədəniyyət və Turizm İdarəsi, Masallı Dövlət Regional Kollecinin tələbələrinin, "Viləş" uşaq bağçasının körpələrindən ibarət kollektiv, rayonumuzun folklor kollektivlərinin rəngarəng çıxışları və Heydər Əliyev Mərkəzində fəaliyyət gostərən rəqs dərnəyinin şagirdlərinin rəqsləri ilə milli adət-ənələrimizi özündə əks etdirən müxtəlif səhnəciklər və geniş konsert proqramı təqdim olundu.

Keçidlər