Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Yunan-roma güləş idman növü üzrə açıq rayon birinciliyi

02 aprel 2018 | 16:00

           01-02 aprel 2018-ci il tarixlərdə Ərkivan qəsəbə Mədəniyyət evində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Yunan-Roma güləş idman növü üzrə  yeniyetmə və gənclər arasında açıq rayon birinciliyi keçirilmişdir.

           Yarışın əsas məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini əziz tutmaq. Rayonda güləş idman növünə olan marağı daha da artırmaq  prespektivli idmançıların üzə çıxarılması olmuşdur.
         Yarışda Masall rayon idmançıları ilə yanaşı Lənkəran rayon idmançıları da mübarizə aparmışlar.
  10 çəki dərəcəsində 98 nəfər yeniyetmə və gənc  idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir.
            İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışdır

Keçidlər