Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Firdovsi Bağırzadənin anım mərasimi keçirilib

04 aprel 2018 | 16:00

04 aprel 2018-ci il tarixdə Masallı rayon Güllütəpə kəndində rayon ictimaiyyət nümayəndələri aprel döyüşlərində şəhid olan Firdovsi Bağırzadənin xatirəsini ehtiramla yad ediblər.

İlk öncə Dövlət himni səsləndirildi.
Aprel döyüşlərində şəhid olmuş Firdovsi Bağırzadənin doğulub boya-başa çatdığı Güllütəpə kəndində keçirilən anım mərasimində Masallı rayon İcra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, məktəblilər, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Kənd tam orta məktəbində keçirilən mərasimdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Güllütəpə kənd tam orta məktəbinin direktoru Qədir Muxtarov aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən və qazanılan qələbənin əhəmiyyətindən danışıb.
Məktəbin müəllimi İlham Əsədov, təhsil şöbəsinin işçisi Vəli Ağayev, şəhidin yaxın qohumu Vaqif Mütəllimov, müəllim Rövşən Muxtarov və başqaları şəhid Firdovsi Bağırzadənin göstərdiyi qəhrəmanlıqdan, ordumuzun cəbhədəki uğurlarından söz açıblar.
Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Firdovsi Bağırzadənin də əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Sonra məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyib, səhnəcilklər göstəriblər. Balaca məktəbli Turan Tarıverdiyevin şəhid haqqında söylədiyi şeir tədbir iştirakçılarını kövrəldib.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, təır-çiçək dəstələri qoyublar.
Şəhidin ruhuna dualar oxunub.
Qeyd edək ki, Güllütəpə kəndindəki mərkəzi küçəyə şəhid Firdovsi Bağırzadənin adı verilib.

Keçidlər