Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel Şəhidi Nurlan Əsgərlinin xatirəsi anılıb

04 aprel 2018 | 16:00

04 aprel 2018-ci il tarixdə Masallı rayonunun Kalinovka kəndində 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş müddətdən artıq xidmət edən hərbi qulluqçu Nurlan Əsgərlinin anım mərasimi keçirilmişdir.

2016-cı ilin aprel ayında Ermənistan silahlı birləşmələrinin cəbhədə törətdikləri təxribatların qarşısını alarkən şəhid olmuş Nurlan Əsgərlinin xatirəsi onun doğulub boya-başa çatdığı Kalinovka kəndində anılıb.
Tədbirdən öncə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova şəhid Nurlan Əsgərlinin evində valideynləri lə görüşüb. A.Qafarova aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd edərək bildirib ki, bu qələbə xalqımızın Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini bir daha sübut etdi.
Şəhidin atası Bayram Əsgərov və anası Ziba Əsgərova ölkə rəhbərinə minnətdarlıq ediblər.
Sonra anım mərasimi Kalinovka kənd tam orta məktəbində davam etdirilib.
Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Kalinovka kənd tam orta məktəbinin direktoru Habil Qənbərov, ədəbiyyat müəllimi Oqtay Həsənov, kənd ərazi nümayəndəsi Alim Ələmov, şəhidin sinif müəllimi Şəkər Əsgərova, RTŞ-nin məsul işçisi Bəybala Xəlilov, müəllimlər Əfsanə Ağaeva, şəhidin sinif müəllimi Sevda Abuşeva, təqaüdçü müəllim İttifaq Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin əməkdaşları Rəvan Nəsibov və Vüqar Əhmədov, hərbi müəllimi İntiqam Nəsirov, şəhidin atası Bayram və anası Ziba Əsgərovlar tədbirdə Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə əminliklərini ifadə ediblər.

Keçidlər