Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Qız uşaqlarına qarşı zorakılıqla bağlı məsləhətləşmələr və müzakirələr” mövzusunda tədbir

26 aprel 2018 | 16:00

26 aprel 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Qız uşaqlarına qarşı zorakılıqla bağlı məsləhətləşmələr və müzakirələr” mövzusunda tədbir keçirilib.
Tədbirdə səhiyyə, bələdiyyə, polis işçiləri, müəllim və yerli icma nümayəndələri, gənclər iştirak edib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun əməkdaşı Gülnarə Rzayeva və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın mövzu ilə bağlı məruzələri dinlənilib.
Çıxışlarda gender bərabərliyi, cəmiyyətdə qadının rolu və iştirakı və s. barədə məlumat verilib, ailə planlaşdırılmasının sağlam ailənin təməli olduğu vurğulanıb, reproduktiv sağlamlığa qarşı məsulliyətli olmaq tövsiyə olunub, zorakılıqla bağlı cinayətlərin araşdırılmasında, eləcə də cəzalandırmada hüquq-mühafizə orqanları əməkdaşlarının məsuliyyət daşıdığı qeyd olunub.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, izahatlar verilib.
Sonda maarifləndirici videoçarx nümayiş olunub.

Keçidlər