Şriftin ölçüsü :

Saytın rəngi :

MİYANKÜ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ - QƏBULU

02 may 2018 | 16:00

       02 may 2018-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Miyənkü ərazisində keçirilmişdir.

        Ərazidə tam və ümumi orta məktəblər, həkim məntəqəsi, poçt fəaliyyət göstərir.
        Miyənkü ərazisi Kubin və Nəzəroba kəndlərini əhatə edir.
       Miyənkü ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, onları cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etmiş, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir.
     Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov geniş nitqində rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafından Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şıxlar kəndində modul tipli məktəbin tikilməsindən, yararsız elektrik dirəklərinin yenisi ilə əvəz edilməsindən danışmışdır. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır. Sonra sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
     Kənd sakinlərindən Miyənkü kənd  tam orta məktəbinin durektoru Xudaqulu Tahirov, Kubin kəndindən Canəli Ağayev, ağsaqqal Cəbrayıl Məmmədov, Fərman Nəzərov, Sadıx Məmmədov və başqaları çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
     Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər