Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda faşizm üzərində Qələbənin 73 illiyi qeyd edildi

09 may 2018 | 16:00

09 may 2018-ci il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda faşizm üzərində Qələbənin 73 illiyi münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq mühafizə orqanları rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri yüzlərlə rayon sakini ilə birgə İkinci Dünya Müharibəsində həlak olmuş Masallıların xatirəsinə ucaldılan abidə-kompleksinin önünə tər gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi polkovnik-leytenant Fəxzrəddin Mirzəliyev və başqaları 73 il əvvəl alman faşizmi üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətindən danışmış, ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər.

Veteranlar bu gün də Azərbaycanın igid oğullarının düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə daim hazır olduqlarını diqqətə çatdırıblar.

Keçidlər