Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Heydər Əliyev - 95" ümumrayon bayram konserti

09 may 2018 | 16:00

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü yurdumuzun hər yerində olduğu kimi rayonumuzda da böyük təntənə və coşqu ilə qeyd edilib.
09 may 2018-ci il tarixdə Masallı şəhər Heydər Əliyev parkında Masallı Rayon İcra Hakimiyyətinin   təşkilatçılığı ilı bayram konserti təşkil olunub.
Tədbirin aparıcısı bildirib ki, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin zəngin elmi-nəzəri irsi tükənməyən xəzinə, gələcək nəsillər üçün nadir mənəvi mənbədir.   O, həmçinin ölkəmizin dünyada təkcə qaz-neft ölkəsi kimi deyil, zəngin mədəniyyətə malik bir ölkə kimi tanınmasında möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində həyata keçirilən layihələrdən danışıb .
Konsert proqramında “Viləş” uşaq bağçası-körpələr evinin balaca fidanları, “Halay” mahnı və rəqs qruplarının maraqlı çıxışları, tanınmış müğənnilərdən Atamoğlan Zahidov, Fidan Həmzəliyeva, Pərviz Məmmədov, Rövşən Məmmədov, Səidə Şərifəliyeva və başqalarının ifasında ümummilli liderimizə, onun yadigarı olan çiçəklənən Azərbaycana həsr olunmuş, mahnılar eləcə də digər musiqi nömrələri tədbir iştirakçılarında xoş ovqat yaradıb.
  Axşam saatlarında incəsənət ustalarının bir-birindən gözəl ifaları masallılar tərəfindən alqışlarla qarşılanıb.

Keçidlər