Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Cüdo idman növü üzrə rayon birinciliyi

17 may 2018 | 16:00

16-17 may 2018-cı il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Cənub regional Cüdo təlim Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin yaradəlmasının 100 illik yubleyinə həsr olunmuş cüdo idman növü üzrə yeniyetmə və gənclər arasında Rayon birinciliyi keçirilmişdir.

Sonra 10 çəki dərəcəsində 70 nəfərə yaxın yeniyetmə və gənc idmançıların iştrakı ilə keçirilən Yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər