Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “İnşa-yazı” müsabiqəsi keçirilib

23 may 2018 | 16:00

23 may 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı rayon ümumtəhsil məktəblərinın şagirdləri arasında Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda “İnşa-yazı” müsabiqəsi keçirilib.

Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbirdə çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, müsabiqəni təşkil etməkdə məqsəd cənab Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamdan irəli gələn bir çox layihələri icra etməklə yanaşı, gənclərə cümhuriyyət tarixini və fəaliyyətini mükəmməl mənimsətmək, onların arasında maariflənmə işini gücləndirmək, elmi potensialı olan gəncləri bu mövzuda yeni araşdırmalara cəlb etməkdir.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əkbər Balaşoğlu, “Dəfinə” məktəb-liseyinin müəllimi Günay Gözəlova çıxış edərək bildirdilər ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbrik edərək, Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Gənclər Mərkəzində təşkil olunan “İnşa-yazı” müsabiqəsində ümumilikdə 100 nəfərə yaxın şagird iştirak edib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən inşa yazı müsabiqəsində mövzunun dəqiqliyi, əsas fakt və hadisələri bilmək, orijinal yanaşma, fikrin əsaslandırılmış və aydın ifadə edilməsi, məntiqli nəticələrin çıxarılması, ədəbi dilin yazı qaydalarına riayət olunması kimi meyarlar əsas götürülüb.Müsabiqənin qalibləri beşballıq sistem ilə qiymətləndirilib.
Müsüiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:
İnşa-yazı müsabiqəsində “Dəfinə” məktəb-liseyinin X sinif şagirdi Əşrəfova Aydan Alxas qızı birinci yerə, Bədəlan kənd tam orta məktəbinin IX sinif şagirdi Cəfərzadə Dünya Fikrət qızı ikinci yerə, S.Hacıyev adına Kalinovka kənd tam orta məktəbinin VII sinif şagirdi Mirzəyeva Ləman Tağı qızı III yerə layiq görülmüşlər.
Fərqləndiyinə görə isə E.Əhədov adına Təzə Alvadı 1 saylı kənd tam orta məktəbinin IX sinif şagirdi Abdulqəniyeva Rübabə Ehtiram qızı, B.Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbinin IX sinif şagirdi Həsənova Fidan Habil qızı və B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin IX sinif şagirdi Feyzullayev İqrar Anar oğlu Rayon Gənclər və İdman İdarəsin tərəfindən diplomla mükafatlandırılmışdır.
Müsabiqədə qalib gəlmiş bütün şagirdlər Rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

Keçidlər