Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı gənclərinin orduya yola salınma mərasimi

09 iyul 2018 | 16:00

İyulun 9-da Masallı şəhər Bayraq Meydanında çağırışçı gənclərin təntənəli şəkildə ordu sıralarına yola salınma mərasimi keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, SHXÇDX-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri, valideynlər iştirak ediblər.
Tədbirdən öncə çağırışçılar Heydər Əliyev Parkında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə təzə-tər gül dəstələri düzərək ehtiramlarını nümayiş etdiriblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Fəxrəddin Mirzəliyev, Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı ordu sıralarına yola düşən gəncləri təbrik edərək, onlara yaxşı yol, uğurlu hərbi xidmət arzulayıblar.
Bildiriblər ki, ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları bu gün Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordunun formalaşmasına nail olmuşdur.
MƏSQ Veteranlar Təşkilatı rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, valideyn Gültab Qasımova, çağırıçı Fərid Şahverdiyev və başqaları Vətənin müdafiəsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu söyləyiblər.
Rayonun incəsənət ustalarının ifasında vətənpərvərlik, qəhrəmanlıq mövzusunda mahnılar ifa edilib.
Sonda çağırışçılar Azərbaycan Bayrağını öpüb “Qurani-Kərim”in altından keçərək ordu sıralarına yola düşüblər.

Keçidlər