Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏRƏFƏ ƏRAZİSİNDƏ SƏYYAR GÖRÜŞ-QƏBUL

15 avqust 2018 | 16:00

          15 avqust 2018-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Şərəfə ərazisində keçirilmişdir.

           Şərəfə ərazisində təşkil olunmuş görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlamış, diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqinə cəlb etmişdir. Rayon rəhbəri son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov geniş nitqində rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafından, məktəb və səhiyyə obyektləri tikintisindən, elektrik xətt təsərrüfatının yeniləşməsi, qaz çəkilişindəki uğurlardan, bir sıra infrastruktur layihələrin uğurla həyata keçirilməsindən danışmışdır. Rayon rəhbərinin geniş və hərtərəfli şərhi, tövsiyə və məsləhətləri sakinlərdə böyük maraq yaratmışdır. Sonra sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir.
     Ərazi sakinlərindən Zahir İsmayılov, Xeyrulla İslamov, Nüsrət Ocaqquliyev, Samit Nəzərov, Qabil Məmmədov çıxış edərək əraziyə göstərilən qayğıya görə kənd əhalisi adından ölkə prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, təklif və müraciətlərini səsləndirmişlər.
     Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını bildirmişdir.

Keçidlər