Şriftin ölçüsü :

Saytın rəngi :

“Aqrolizinq” ASC Masallıda məhsul istehsalçılarına güzəştli müqavilələr təqdim edib

27 avqust 2018 | 16:00

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində növbəti tədbirini Şəmkir rayonundan sonra Masallıda keçirib.

Layihənin məqsədi “Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlığın, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satışı qaydaları, aqrotexniki xidmətlər barədə fermerləri məlumatlandırmaq, tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə vətəndaşların maarifləndirilməsi, vətəndaşlara ASC-nin əlçatanlığının və yaxınlığının təmin edilməsi, bununla əlaqədar onların problemlərini, müraciət və təkliflərini dinləyərək həll edilməsi istiqamətində addımların atılmasıdır.

Masallı Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan fermerlər, məhsul istehsalçıları və sahibkarlar iştirak ediblər.

Görüşdə lizinq qaydaları və tətbiq edilən güzəştlər, o cümlədən innovativ yeniliklər barədə tədbir iştirakçıları maarifləndirilib, tətbiq edilən elektron xidmətlər barədə ətraflı məlumat verilib.

Sonra sahibkarların, fermerlərin və məhsul istehsalçılarının qarşılaşdıqları problemlər və onların həll yolları müzakirə edilib, təkliflər dinlənilib.

Tədbirin sonunda məhsul istehsalçılarına güzəştli müqavilələr təqdim edilib, fermer Cəsarət Əzizovun 20 hektardan ibarət çiyələk sahəsinə baxış keçirilib.

Qeyd edək ki, “Aqrolizinq” ASC kənd təsərrüfatının, eləcə də çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı yeni texnikalarını bölgəyə gətirilərək lizinq yolu ilə vətəndaşların istifadəsinə verilməsini həyata keçirməkdədir.

Cəmiyyətin yarandığı 2005-ci ildən etibarən Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarından olan 960 nəfər istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 41 milyon 561 min 135 manatlıq 2260 ədəd kənd təsərrüfatı texnikası verilib.

 

azertag.az

Keçidlər