Şriftin ölçüsü :

Saytın rəngi :

Kombaynlar çəltik sahələrində

01 sentyabr 2018 | 16:00

Xəbər verdiyimiz kimi Masallı rayonunun bir neçə ərazisində çəltik biçininə başlanmışdır.

Çəltikçilər zəhmətlə yetişdirdikləri bol məhsulu vaxtında yığıb emal üçün hazırlayırlar.
Sərçuvar ərazisində 43 hektar çəltik sahəsinə qulluq edilmişdir. Bir neçə gün əvvəl "Aqrolizinq"in kombaynları çəltik biçininə başlamışlar.
Sahələrində daha bol məhsul yetişdirən Eynulla Eyvazov və Həbib Abiyev çəkdikləri zəhmətin fərəhini yaşayırlar. İndiyədək 10 hektar sahə biçilmişdir.
Şıxlar ərazisində də çəltik biçininə erkən başlanmışdır.
19 hektar çəltik sahəsinin 5 hektarı biçilmişdir.
Qarğalıq və Xılda da çəltik biçini davam edir.

Keçidlər