Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının “Halay” folklor qrupu Türkiyədə

14 sentyabr 2018 | 16:00

Masallı Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi adına rayon Mədəniyyət Mərkəzinin “Halay” folklor kollektivi Türkiyə Respublikasının Nazilli rayon bələdiyyə başkanı Haluk Alıcıkın dəvəti ilə Nazillinin qurtuluşunun 96-cı ildönümü ilə əlaqədar təşkil olunan folklor festivalında iştirak edib.

Səfər zamanı nümayəndə heyəti və qrup üzvlərinin Nazilli Bələdiyyə başkanı H.Alıcık, Nazilli Milli Eyitim müdiri Hıdır Dağaşan və digər rəhbər şəxslərlə görüşü keçirilib.
Şəhərin müxtəlif yerlərində təşkil olunan tədbirlərdə “Halay” folklor kollektivinin rəngarəng çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Səfərin son günü Bələdiyyə başkanı Haluk Alıcık tərəfindən nümayəndə heyətinə və qrup üzvlərinə çıxışlarına görə xüsusi təşəkkürnamə təqdim edilib.

Keçidlər