Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Müstəqilliyimiz Əbədidir” mövzusunda “İnşa-yazı” müsabiqəsi

21 sentyabr 2018 | 16:00

21 sentyabr 2018-ci il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı rayon ümumtəhsil məktəblərinın şagirdləri  arasında  “Azərbaycan Xalq Cumhuriyyəti ili” nə  həsr olunmuş  “Müstəqilliyimiz Əbədidir” mövzusunda  “İnşa-yazı”  müsabiqəsi keçirilib..

         Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbirdə  çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, müsabiqəni təşkil etməkdə məqsəd məktəbliləri milli mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, doğma respublikamızın tarixini, mədəniyyətini, milli irsini öyrətmək, onlarda sərbəst fikir, düşüncə tərzini formalaşdırmaq və ədəbi yaradıcılıq sahəsində istedadlarını müəyyənləşdirməkdir
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodistləri  Əkbər Balaşoğlu,Gülağa Məmmədov  çıxış edərək bildirdilər ki, məktəblilər arasında vətənə, milli adət-ənənələrə, xalqın tarixinə və dövlət rəmzlərinə hörmət hissinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılmasında bu səpkidə keçirilən tədbirlərin böyük önəmi var.
               Gənclər Mərkəzində  təşkil olunan “İnşa-yazı”  müsabiqəsində  ümumilikdə 100  nəfərə yaxın  şagird iştirak edib. VIII, IX, X və XI sinif şagirdləri “Azərbaycan Xalq Cümhuriyyəti ili”  münasibətilə keçirilən inşa yazı müsabiqəsində mövzunun dəqiqliyi, əsas fakt və hadisələri bilmək, orijinal yanaşma, fikrin əsaslandırılmış və aydın ifadə edilməsi, məntiqli nəticələrin çıxarılması, ədəbi dilin yazı qaydalarına riayət olunması kimi meyarlar əsas götürülüb.Müsabiqənin qalibləri beşballıq sistem ilə qiymətləndirilib.
         Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:
İnşa-yazı müsabiqəsində VIII-IX sinif şagirdləri arasında Şıxlar 2 saylı ümuni  tam orta məktəbinin VIII  sinif şagirdi Məmmədova Sara Anar  qızı  birinci yerə, Ərkivan qəsəbə 5 saylı ümumi orta məktəbin IX sinif şagirdi Ağayeva Günel Mirzəxan  qızı ikinci yerə, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı  tam orta məktəbinin VII sinif şagirdi Məmmədli Jalə Ramin  qızı III yerə  layiq görülmüşlər.
X-XI  sinif şagirdləri arasında isə Hüseynhacılı kənd tam orta məktəbin XI sinif şagirdi Abdullayeva Günay Fərahim qızı birinci, E.Əhədov adına Təzə Alvadı 1 saylı tam orta məktəbin X sinif şagirdi Abdulqəniyeva Rübabə Ehtiram qızı ikinci, E.Əhədov adına Təzə Alvadı 1 saylı tam orta məktəbin XI  sinif şagirdi Kərəməliyeva Aytac Oruc qızı üçüncü yerə layiq görülmüşlər.
Qaliblər  Rayon  Gənclər və İdman  İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır

Keçidlər