Şriftin ölçüsü :

Saytın rəngi :

Səmidxan boranısı –can dərmanı

24 sentyabr 2018 | 16:00

Səmixdan ərazi nümayəndəsi Həsən Allahverdiyevə müraciət edəndə ki, kənddə kim boranı əkir, cavab verdi, yaxşı olardı soruşaydınız kim əkmir?

Boranı kəndimizin adını xatırladan rəmzi bostan bitkisidir. Dədə-babadan onun əkini ilə məşğul olmuşuq: torpağımızın xüsusiyyətlərinə yaxşı uyğunlaşır, bol məhsul verir. Həyətlərdə torpaq üstündə qulac-qulac uzanan, əlvan çiçəklərlə bəzənən yaşıl tağlar hasarlara, çəpərlərə qalxanda elə bilirsən bu gözəlliyin dizaynı əvvəlcədən verilib.

Bu gözəlliyi boranının çoxsaylı faydaları, başlıcası isə müalicəvi əhəmiyyəti tamamlayır. Tibbdə tumundan tutmuş qabığınadək istifadə olunur. Soyuqdəymə və qripin müalicəsində qaynanmış boranının yerini heç nə verə bilməz.

Kənd ərazi nümayəndəsi məlumat verdi ki, həyətlərdə, kiçik təsərrüfatlarda digər bağ və bostan bitkiləri ilə yanaşı beş hektarda boranı yetişdirilib. Hazırda məhsul yığılıb bazarlarda satılır. Qış üçün tədarük görülür.

Keçidlər