Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Rəsm” müsabiqəsi keçirilib.

25 sentyabr 2018 | 16:00

25 sentyabr 2018-ci il tarixdə  Masallı şəhər Gənclər Mərkəzində  Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə  Masallı rayon ümumtəhsil məktəblərinın şagirdləri  arasında  “Azərbaycan Xalq Cumhuriyyəti ili” nə  həsr olunmuş  “Rəsm”  müsabiqəsi keçirilib.

         Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbirdə  çıxış edərək iştirakçıları salamlamış və bildirmişdir ki, müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və tarixi keçmişini məktəblilər arasında təbliq etmək, tariximizi sevmək, dövlətçilik ənənələrimizi, mənəvi dəyərlərimizi qorumaq, istedadlı uşaq və gəncləri aşkar etməkdir.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodistləri  Əyyar Burhanov , çıxış edərək bildirdilər ki, uşaqlar arasında yaradıcılıq meyillərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə  münasibət, ən əsasıda doğma Vətənə məhəbbət hisslərini artırmaq  məqsədilə keçirilən  bu tədbirlərin şagirdlərimizin gələcək həyatında özünü daha qabarıq şəkildə göstərəcək
               Gənclər Mərkəzində  təşkil olunan “Rəsm”  müsabiqəsində  şagirdlər  1  nominasiya üzrə - Cümhuriyyətim  mövzuda rəsm əsərləri nümayiş etdirildi.
         Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilib:
Rəsm  müsabiqəsində N.Nərimanov adına şəhər 2 saylı   tam orta məktəbinin X  sinif şagirdi Qasımova Pərvin Firdovsi qızı  birinci yerə, İ.Nağıyev adına Boradigah 2 saylı tam  orta məktəbin III sinif şagirdi Ağayeva Gülər Mehdi  qızı ikinci yerə, C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı  tam orta məktəbinin XI  sinif Cavadzadə Şamxal Qalib oğlu  III yerə  layiq görülmüşlər.
Qaliblər  Rayon  Gənclər və İdman  İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır

Keçidlər