Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Breyn rinq ” İntellektual bilik yarışı üzrə rayon seçim turu

26 sentyabr 2018 | 16:00

              26 sentyabr     2018-ci il tarixdə  ASAN İntellektual İnkişafı Mərkəzində   Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə“Azərbaycan Xalq Cumhuriyyəti ili” nə  həsr olunmuş  Masallı rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri  arasında  “Breyn rinq ”  İntellektual bilik yarışı  üzrə  Rayon seçim turu keçirilib.

   Tədbiri giriş sözü ilə Masallı  rayon Gənclər və İdman idarəsinin rəis Camal Manafov açaraq bildirdi ki, Yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkar etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti A.Abbaszadə Azərbaycan tarixinin şərəfli səhifəsi olan Cümhuriyyət dövründən danışıb, şagirdləri  bu dövrü dərindən öyrənməyə çağırıb
          Maraqlı mübarizə  şəraitdə keçən bilik yarışının  sonunda I yeri   “Dəfinə” məktəb liseyinin komandası  , II yeri E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin   komandası, III yeri  N.Nərimanov adına Şəhər 2 saylı tam orta  məktəbin  komandası tutmuşdur.Fərqləndiyinə görə isə Qəriblər kənd tam orta məktəbin komandası diplomla mükafatlandırıldı
         Qalib komandalar Rayon  Gənclər və İdman  İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışdır.

Keçidlər