Şriftin ölçüsü :

Saytın rəngi :

Sitrusçuluq şərfəli və gəlirli sahədir

29 sentyabr 2018 | 16:00

Ötən əsrin 60-70-ci illərindən rayonun dağətəyi torpaqlarında yetişdirilən sitrus bitkilərinin faydalılığını hamı bilir. Təcrübələr göstərir ki, sitrus bitkilərini rayonun digər ərazilərində də yetişdirmək mümkündür. Bunu həmin ərazilərdəki həyətyanı sahələrdə yetişdirilən limon, naringi, feyxoa bitkilərinin yetişdirilməsi sübut edir. Şərəfə, Musakücə, Təzə Alvadı, Xocavar və başqa kəndlərdə sitrusçuluğa maraq göstərənlər var.

Bu faktı Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr edilən "Yeni həyat" qəzetinin redaksiyasına bacarıqlı təsərrüfatçı, aqronom, Xanalion kəndinin sakini Mirqasım Bağırov göndərmişdir.
Mirqasım yazır ki, ümumiyyətlə, bu sahənin inkişafı çox vacibdir.
Limon, naringi kollarının, mandarinin, fexoanın illər keçdikcə məhsuldarlığı artır. Sitrusçuluğun inkişafı ilə əlaqədar ölkə rəhbəri cənab İlham Əliyevin Sərəncam və tövsiyələri bu gün hamımızı torpağa qayıtmağa və yeni təsərrüfat sahələri yaratmağa ruhlandırır. Son vaxtlar bəzi kəndlərdə sitrus bitkiləri yetişdirilməsinə başlanmışdır. Ancaq apardığım müşahidələrə əsasən deyə bilərəm ki, Lənkəran rayonunun kəndlərində bu sahədən daha çox gəlir götürülür. Bazarlara limon, naringi, feyxoa, kivi, kinkan və s. tingləri qonşu rayondan gətirilir. Bəs biz bu sahəni niyə inkişaf etdirmirik?
Mən bir mütəxəssis kimi deyə bilərəm ki, bizdə sitrusçuluğun inkişafına əməli işlə cavab verilmir. Torpaq sahibləri birləşib bir araya gələ bilmirlər. Beləliklə, bəzi əkinlər ildən-ilə ötürülür.
Sitrusçuluqda ən mühüm məqam payızdır. Yeni tinglər əkmək, limon, mandarin ağaclarına qulluq etmək, qışa hazırlıq görmək məhz payızda həyata keçirilməlidir. Limon ağaclarının dibinə üzvü gübrə vermək, kolları daramaq, bir sıra xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirmək çox vacibdir.
Sitrus bitkiləri susevərdir. Xüsusilə, limon və feyxoa ağacları mütləq suvarılmalıdır ki, meyvələr böyüsün, məhsuldarlıq artsın.
Mən təcrübəli mütəxəssis kimi gənclərə tövsiyə edirəm: Masallıda, indiki vaxtda təsərrüfat-toirpaq işlərinə diqqət yetirildiyi indiki vaxtda
həyətyanı təsərrüfatınızı zənginləşdirin. Bu gün daha sərfəli olan sitrus bitkiləri yetişdirin, armud, heyva, gavalı, alma və s. ağacları əkin. Bağ-bağça salmaq həm yaxşıdır, həm də sağlamlıq.

Keçidlər