Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı polisinin veteranı “Azərbaycan polisinin 100 illiyi (1918-2018) yubiley medalı” ilə təltif olunub

08 oktyabr 2018 | 16:00

Masallı polisinin veteranı “Azərbaycan polisinin 100 illiyi (1918-2018) yubiley medalı” ilə təltif olunub

08 oktyabr 2018-ci il tarixdə Masallı Rayon Polis şöbəsində keçirilən tədbirdə Masallı polisinin veteranı “Azərbaycan polisinin 100 illiyi (1918-2018) yubiley medalı” ilə təltif olunub.
Mükafatın təqdimolunma mərasimini açan Masallı Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov Azərbaycan polisinin şanlı yolundan danışıb, qeyd edib ki,
1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir. 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.
Masallı Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov  Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 9 iyul 2018-ci il tarixli əmri ilə polis veteranı Tofiq Şirin oğlu Şahmarov təltif edildiyi “Azərbaycan polisinin 100 illiyi (1918-2018) yubiley medalı”nı ona təqdim etmişdir.  Polis veteranları Məmmədağa Şiriyev, Vidadi Məmmədəliyev, Yəhya Mirzəyev, Masallı Rayon prokurorunun müavini İlham Səlimov, rayon polis rəisinin köməkçisi Elçin Əhədov və başqaları çıxışlarında T. Şahmarovun rayon polisindəki fəaliyyətindən danışmış, həmkarlarını təbrik etmişlər.

Keçidlər