Şriftin ölçüsü :

Saytın rəngi :

Vərəm əleyhinə QHT Koa lisiyası üzvləri Masallıda

16 oktyabr 2018 | 16:00

16 oktyabr 2018-ci il tarixdə  Vərəm əleyhinə Koalisiya üzvləri Masallı rayonuna səfər ediblər.
Onlar rayonun Ağciyər xəstəlikləri xəstəxanasına baş çəkərək burada müalicə alan xəstələrin ümumi vəziyyəti ilə tanış olaraq, onlara sovqat paylayıblar.
Daha sonra Koalisiya üzvləri Masallı şəhər Gənclər Mərkəzin də rayon icra hakimiyyəti nümayəndələrinin, tibb , təhsil, media işçiləri və tələbələr in iştirakı ilə vərəmlə bağlı maarifləndirici elmi-praktiki konfrans keçiriblər.
T ədbiri giriş sözləri ilə açan Masallı Rayon İcra H akimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova qonaqları salamlayaraq, i cra başçısı Rafil Hüseynovun adından təşə bbüskarlara minnə tdarlıq bildirib.
Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov Koalisiya üzvlərinə layihənin icrasında uğurlar arzulayıb.
“ Sağlamlığa Xidmət ” İctimai birliyinin sədr müavini Pərvanə Vəliyeva tədbirin məqsədi və Koalisiyanın vərəmlə mübarizə tədbirləri haqqında təqdimatla çıxış edib.
Koalisiya sədri Elçin Muxtarlı vərəm xəstəliyi və dünyada bu xəstəliklə bağlı Ümumdünya Səhiyyə təşkilatının yaydığı faktlar barədə məlumat verib.
Masallı Rayon Ağciyə r X əstəlikləri X əstəxanasının baş həkimi Mirrəhim Nəbiyev rayonda vərəmlə bağlı h azırki vəziyyət barədə statistik məlumatlara əsaslanan çıxış edib və tədbir iştirakçılarının bu barədə suallarını cavablandırıb.
Həkim - koordinator Samirə Məmmədova xəstəlik, onun yayılma yolları, profilaktikası və müalicəsi haqqında tədbir iştirakçılarına ətraflı informasiyalar verib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova Azərbaycan QAC və Beynəlxalq Qızıl Xaç komitələrinin vərəmlə mübarizə sahəsində gördüyü işlərdən danışıb.
“Həyat” Humanitar dəstək təşkilatının koordinatoru Zəminə Səfərova bildirib ki, biz vərəmə yalnız insanların sosial-iqtisadi həyat şəraitlərini yaxşılaşdırmaqla qalib gələ bilərik. Vərəm təkcə tibbi deyil, həm də sosial problemdir. Xəstələrin müalicə müddəti ərzində dövlət tərəfindən hər hansı sosial müavinətlə təmin olunması yüksək sağalma nəticələrinə nail olmağa təkan verə bilər.
Azərbaycan QAC-nin layihə koordinatoru Sona Hacıyeva vərəmli xəstələrə yönəli ayrıseçkiliyin aradan qaldırılmasının vacibliyini gündəmə gətirib.
Çingiz Ramazanlı çıxışında koordinatoru olduğu mülki sektorda keçmiş vərəmli məhkumların izlənilməsi və müalicəsi proqramından, cəzaçəkmə müəssisələrində azadlığa çıxmış xəstələrin dərmanla təminatı, psixoloji dəstəyin göstərilməsi və onların yenidən cəmiyyətə normal insan kimi qa ytarılması ndan danışıb.
“Vərəmsiz gələcəyə doğru” İB-nin üzvü Amal Allahverdiyev vərəmli xəstələrə qarşı münasibətin dəyişməsinin, stiqma və strerotiplərin qırılmasının vacibliyin dən bəhs edib.
Masallı RTŞ-nin əməkdaşı Əyyar Burhanov rayonun təhsil ocaqlarında infeksion xəstəliklə rlə mübarizə mövzusunda keçirilən maarifləndirici tədbirlər barədə məlumat verib, region gəncləri nin , könüllüləri n b u təbliğat kampaniyalarında aktiv iştirak ını diqqətə çatdırıb.
Daha sonra Vərəmlə mübarizə üzrə Avropa Koalisiyasının maliyyə dəstəyilə ərsəyə gətirilmiş maarifləndirici sosial bədii film nümayiş olunub , müzakirələrdən doğan suallar QHT koalisiyası nümayəndələri və həkimlər tərəfindən ətraflı cavablandırılıb .
Sonda tədbirin ərsəyə gəlməsində , vərəmlə mübarizədə vətəndaş cəmiyyətində göstərdiyi dəstə yə görə RİHB-nı n nümayəndəsi, vərəm dispanserinin baş həkimi , həkimlər Əzizulla Əliyev, Zəkəriyyə Babayev, Zülfüqar Zülfüqarov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev və başqaları Koalisiya rəhbərliyi tərəfindən təltif ediliblər.
Tədbir iştirakçılarına maarifləndirici flayerlər, buklet və kitabçalar paylanılıb.

Keçidlər