Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Dini radikalizimə qarşı mübarizə” mövzusunda konfrans

17 oktyabr 2018 | 16:00

17 oktyabr 2018-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin, Masallı Dövlət Regional Kollecinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində Dini ekstremizm və ayrı-seçkilik çağırışlarına qarşı gəncləri səfərbər edən ,onlar arasında milli-dini dözümlülük , sülhsevərlik dəyərlərinin təbliği istiqamətində “Dini radikalizimə qarşı mübarizə” mövzusunda konfrans keçirilib

Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov əvvəlcə iştrakçıları 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik etmişdir .Sonra "Dini radikalizmə qarşı mübarizə" mövzusunda konfransın keçirilməsinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın İslam ölkəsi olmaqla yanaşı, eyni zamanda dünyəvi dövlət olduğu, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb.
DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Ayıq Səmədov çıxış edərək, ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb. O, ölkədə dini radikalizmin yayılmasının qarşısının alınması üçün mühüm tədbirlər həyata keçirildiyini vurğulayıb. A.Səmədov mövzunun aktual olduğunu qeyd edərək, gənclərin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu deyib.
Masallı Dövlət Regional Kollecinin metodisti, tarixçi Baba Həsənov müxtəlif dinlərin yaranmasından söz açaraq ayrı-ayrı dövrlərdə müxtəlif maraqlar zəminində təriqətlərin yaranması və onların siyasiləşdirilməsi haqqında məlumat verib. Azərbaycan dövlətini və cəmiyyətini dini radikalizmin təhlükəsindən qorumaq, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin önəmini qeyd edib. O, İslam dininin əsasında insanpərvərlik, vətənpərvərliyin dayandığını vurğulayıb və gəncləri radikal dini cərəyanların təsiri altına düşməməyə çağırıb.
Masallı rayon Ağsaqqallar Şurasının sədri “Vətənə Xidmətə görə” ordenli Dövlət qulluğu vetiranı , yazıçı-publisist –jurnalist Ələşrəf Niftiyev dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları ilə bağlı məruzə ilə çıxış edərək ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi.

Masallı Dövlət Regional Kollecinin tələbəsi Əzizə Bağırzadə gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da çox vacib olduğunu vurğulayıb.
Sonda gənclərin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Keçidlər