Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Xəmsə” Milli intellektual oyunu üzrə rayon seçim turu

24 oktyabr 2018 | 16:00

23-24 oktyabr 2018-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər  Mərkəzində  “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun, və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən “Azərbaycan Xalq Cumhuriyyəti ili”nə  və “Xəmsə” Milli İntellektual oyunu üzrə VI Azərbaycan Çempionatına hazırlıq məqsədi ilə yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə  rayon seçim turu keçirilmişdir.

     Turniri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarənin rəis  müavini Oktay Mütəllimov  iştirakçı komandaları salamlamış, ölkə və rayon  rəhbərliyinin gənc nəslə göstərilən qayğısından və respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışaraq qeyd etmişdi ki, çempionatın seçim turunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda "Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionatının Biləsuvar rayonunda  keçiriləcək  zona mərhələsinə vəsiqə qazanmaqdan ibarətdir.
         Rayon  seçim turu mərhələsində yeniyetmələrdən  ibarət 8 komanda, hər komandada 5 nəfər olmaqla, ümumilikdə 40 nəfər   iştirakçı öz bilik və bacarıqlarını sınamışdır. Komandalardan “Qarabağ” komandası birinci, “Cənub” komandası ikinci, “Evrika” komandası üçüncü yerləri tutaraq  ölkə çempionatının zona mərhələsində iştirak etmək hüququ qazanıbdır. Qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.

Keçidlər