Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı şəhər bələdiyyəsinin hesabatı

20 oktyabr 2018 | 16:00

 20 oktyabr 2018-ci il tarixdə şəhərin Gənclər Mərkəzində Masallı şəhər bələdiyyəsinin 9 ayda gördüyü işlər barədə hesabatı dinlənilib.
Masallı şəhər bələdiyyəsinin sədri Azər Baxışov hesabatında 9 ayda görülən işlər barədə danışıb, qarşıda duran vəzifələrə nəzər salınıb. Hesabat məruzəsi ilə çıxış edən bələdiyyə sədri Azər Baxışov mart ayılnda şəhid Z. Quliyev keçəsindəki onun adını daşıyan uzunluğu 250 metr olan körpüdə işıqlanma sisteminin qurulduğunu və şəhidin xatirə lövhəsi ilə əbədiləşdirildiyini bildirmişdir. İyun ayında Qarabağ küçəsində sakinlərin asudə vaxtını keçirmək üçün yaradılmış istirahət mərkəzinin bərpasına, habelə Digah məhəlləsindəki qəbiristanlığın işıqlandırma sisteminin bərpasına və s. işlərə vəsait sərf olunduğunu demiş, Dadva və Seybətin ərazilərində ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunmuş torpaqların geri alınması istiqamətində görülən tədbirlərdən danışıb.
Müzakirə ətrafında Mahmudavar, Banbaşı, Səmidxan, bələdiyyələrinin sədrləri Əfqan Babayev, Böyükxan Rəhimov, Şaban Mehdiyev, şəhər sakinləri Rafiq Bağırov, Əyyub Mehdiyev, Vidadi Məmmədəliyev, Əflatun Qurbanov və başqaları çıxış etmiş, bələdiyyənin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bələdiyyənin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tapşırıqlar verib, qarşıdakı vəzifələrdən, qurumun səlahiyyətindən danışıb. Məsləhət bilib ki, bir-birinin təcrübəsini öyrənmək üçün bələdiyyələr infoturlar keçirsin. Göstərdi ki, Köhnə Alvadı, Kolatan kənd bələdiyyələrinin iş təcrübəsini öyrənmək faydalı olar.

Keçidlər