Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Dövlət Regional Kollecində Bayraq Günü qeyd edildi

07 noyabr 2018 | 16:00

Masallı Dövlət Regional Kollecində keçirilən Bayraq Günü tədbirində təhsil ocağının müəllim və tələbələrinin, ictimaiyyətin nümayəndələrinin Azərbaycan Bayrağına böyük məhəbbəti ifadə edildi.

Kollecin müəllimi İradə Imanbəylinin məruzəsindən sonra söz tələbələrə verildi. "And yerimiz üçrəngli Bayrağımız" tamaşa-kompozisiyası tələbələrin ifasında dəfələrə alqışlarla qarşılandı.Obraz kimi verilən üçrəngli qalibiyyət bayrağımız uğrunda vətəndaşlarımızın mübarizəsi dolğun təsvir edildi.Əsərdə Ana obrazını ifadə edən tələbədir. Dörd övladı var. İki övladı onunla tamaşada iştirak edir.
Tamaşa-kompoziya Üçrəngli Bayrağımızın bir daha səhnəyə gətirilməsi ilə tamamlanır.
Rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev, MƏSQ rayon təşkilatının sədri Məmmədağa Şiriyev,Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, TİAHİ Masallı rayon komitəsinin sədri Səfail Eyvazov, "Yeni həyat" qəzetinin Baş redaktor müavini, yazışı-publisist Rəsul Rzayev fərqlənənlərə Fəxri fərmanlar təqdim etdilər.

Keçidlər