Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda XXIV Ənənəvi Respublika turniri keçirilmişdir.

19 noyabr 2018 | 16:00

         17-18 noyabr 2018-ci il tarixlərdə Masallı Olimpiya  Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Güləş  Federasiyası və  Masallı rayon  Gənclər  və  İdman  İdarəsinin birgə  təşkilatçılığı ilə  Azərbaycanın Respublikasının  əməkdar məşqçısı , SSRİ– idman ustası Nadir Yaqub oğlu Ağayevin  xatirəsinə həsr olunmuş yunan-roma güləşi idman növü üzrə yeniyetmələr arasında XXIV   ənənəvi Respublika turniri keçirilmişdir.

         Tədbirin  açlış  mərsimində   Masallı  rayon  Gənclər  və  İdman  İdarəsinin rəisi  Camal   Manafov  çıxış  edərək  ölkəmizdə  idmanın  inkişafına   göstərilən dövlət  qayğısından və Masallı rayonunda idman sahəsində qazanılan uğurlardan  və əldə olunan nəticələrdən danışaraq  Nadir  Yaqub oğlu Ağayevin  xatirəsinə həsr edilən Yunan-Roma  güləşi   üzrə keçirilən   ənənəvi      Respublika turnirin     əhəmiyyətindən söz açaraq  idmançılara uğurlar diləmiş və tədbiri açıq elan etmişdir.
Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəməm Hadıyev  çıxış edərək cənab başçı Rafil Hüseynovun adından gələn qonaqları və idmançıları salamlamış və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün növlərinin, həmçinin güləş idman növünün  inkişafına diqqət və qayğı göstərildiyini bildirdi.
       Daha sonar tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Əməkdaşı Tofiq  Eyvazov Ölkəmizdə idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran natiq hazırda bu ənənənin uğurla davam etdirildiyini vurğuladı. Bildirdi ki, dövlətimizin başçısı, Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Məhz bu diqqətin  nəticəsidir ki,  idmanımız  gündən-günə daha da yüksək zirvələrə doğru irəliləyir.
        Tədbirdə  Azərbaycan Güləş Federasiyasının vitse Prezidenti şöhrət ordenlı  Elçin Cəfərov, İctimai Nəzarət koalisiyasının siyasi İdarə heyyətinin sədri Rasim Məmmədov çıxış edərək Masallıda Yunan-Roma güləşin inkişafında Nadir Ağayevin mühüm xidmətləri diqqətə çatdırılıb, onun xatirəsinə həsr olunan turnirin təşkilinin artıq ənənəyə çevrildiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, belə yarışlar istedadlı yeniyetmə güləşçilərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.
              İki gün davam edən turnirdə Uşaq Gənclər İdman Məktəbləri , İdman cəmiyyətləri və İdman klublarından 30-a yaxın   komandadan 300 nəfərdən artıq   idmançı  iştrak etmişdir.
            Turnirdə  qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom , medal və sponsorlar  tərəfindən pul mükafatı ilə mükafatlandırıldılar,

Keçidlər