Şriftin ölçüsü :

Saytın rəngi :

GÜLLÜTƏPƏ KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ

21 noyabr 2018 | 16:00

21 noyabr 2018-ci il tarixdə Masallı rayonu Güllütəpə kəndinə təbii qazın verilməsi münasibəti ilə açılış mərasimi olmuşdur.

Tədbiri giriş sözü ilə Masallı RİHB-nin Güllütəpə  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlövsət Muradov  açmışdır.
Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin hər yerində olduğu kimi rayon ərazisində də geniş tikinti, abadlıq-quruculuq işlərindən, habelə ərazilərin gələcək inkişafından, sosial problemlərinin həllindən danışmışdır.
Sakinlərdən Məmmədəli Əlinağıyev, Kəmalə Əsədova və başqaları çıxış edərək əraziyə təbii qaz verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə “Azəriqaz” İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Hüseyn Şirinov  bildirmişdir ki,  Güllütəpə kəndinin qazlaşdırılması üçün
20 min  paqonometr müxtəlif diametrli borularla qaz xətləri çəkilmiş, hər bir evə fərdi qaz sayğacı quraşdırılmışdır.  Kənddə 460 ailəyə təbii qaz verilmişdir.
Tədbirdə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırılmışdır. Qonaqların iştirakı ilə kənd sakini Əlisəfa Əlinağıyevin
evində xanımı Sənubər qaz yandırılmışdır.

Keçidlər